55780459-cba2-4b46-b4a0-2786b7ee175f..jpg

“Dedi ki, bacı, mən sənin qədrini bilməmişəm” – VİDEO

Baxış sayı: 958 dəfə baxılıb.

“Dedi ki, bacı, mən sənin qədrini bilməmişəm” – VİDEO

“Xəstəxanada vəziyyəti stabil idi. Ona yaxşı baxırdılar. Həkimlərdən Allah
razı olsun. Birdən-birə dərmanlar böyrəklərinə mənfi təsir etdi”.

Bunu “Qafqazinfo”ya ötən gün vəfat edən müğənni Zeynəb Dostəliyevanın bacısı
Xalq artisti Nazpəri Dostəliyeva bildirib.

Onun sözlərinə görə, ötən gün səhər saat 08:00-09:00 aralığında reanimasiyadan
zəng vurub bacısının böyrəklərinin fəaliyyətini dayandırdığını deyiblər:

“Həkimlərdən xahiş etdim ki, əlinizdən gələni edin. Bir daha həkimlər müdaxilə
etdilər. Sonra böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20
radələrində bacım Zeynəb dünyasını dəyişdi”.

N.Dostəliyeva bildirib ki, sağalacağına özü də, bacısı da inanıblar:

”Məni öpüb, qucaqladı. Dedi ki, “bacı, mən sənin qədrini bilməmişəm. Niyə belə
etmişəm?!”

O hər zaman qədrimi bilirdi. Ölümünü hiss edirdi, amma mən ona dəstək olurdum.
Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik.
Sevincindən məni qucaqlayıb ağladı. Öpdüm, dedim ağlama. Gözlərimə belə bir
ümid gəlirdi ki, o sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdu və yaxşılığa doğru
gedirdi”.


Source link