Demensiyadan əziyyət çəkən Bryus Uillisin vəziyyəti açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aktyor Bryus Uillis demensiyadan əziyyət çəkir. İndi özünü əvvəlkindən daha
çox pis hiss edir.
Məlumata görə, aktyor ailəsinin – keçmiş həyat yoldaşı aktrisa Demi Mur,
indiki həyat yoldaşı Emma Heminq və uşaqlarının əhatəsindədir.
“Bryusa diaqnoz qoyulan kimi bütün ailə üzvləri başına toplaşıb ki, o, heç
kimi unutmasın. Onlar bütün günü yanındadırlar. Bu hadisə ailəni bir araya
gətirib. Bryusun nə qədər ömrü qaldığını heç kim bilmir, ona görə də hər
anlarını onunla keçirirlər”, – deyə ailəyə yaxın mənbə bildirib.
“Bundan başqa, 68 yaşlı Uillis, qızı Rumerin qızı – səkkiz aylıq nəvəsi Luetta
ilə vaxt keçirir. Rumer istəyir ki, Luetta Bryusu tanısın, onun həyatının bir
parçası olsun”, – deyə qeyd olunub.
Mənbə: Gazeta.ru