Dünya şöhrətli Hollivud aktrisası Demi Mur şəxsi həyatı ilə bağlı memuarlar yazmaqla uzun müddət gündəmdə qalmağı bacarıb.
ÇıxışYolu.Com xəbər verir ki, Mur ailəsində baş verənlər haqqında danışdıqdan sonra özünə izləyicilərin neqativ şərhlərini maqnit kimi çəkə bilib. Belə ki, aktrisa qızları ilə birlikdə Jade Pinkett Smitin “Qırmızı masa ətrafında söhbət” proqramına qatılarkən ailələrində illərlə yaşadıqları münaqişə barədə qalmaqallı açıqlamalar verib.
Məlum olub ki, Deminin məşhurluqda özündən geri qalmayan aktyor Eşton Katçer ilə evliliyindən olan kiçik qızları üç il onu danışdırmayıblar. Murun yalnız böyük qızı Rumer Uillis münaqişələrə son qoyub, ailəni barışdırmağa çalışıb.
“Anam başqa bir övlad dünyaya gətirmək istədi, buna o qədər diqqət yetirildi ki, sanki bizim olmağımız onun üçün yetərli deyildi. Skaut və Tallula bu dövrü çox pis keçirirdilər. Üç il onlar Demini danışdırmırdılar. Mən ailədə barış elçisi idim. Onunla danışmağa qərar verəndə məni xain kimi qəbul etdilər” – deyə Rumer bildirib.
Proqramda qonaq olan Tallula da unudulduğunu və sevilmədiyini etiraf edib. Baş verənləri təhlil edən Demi, keçmiş həyat yoldaşından sağalmaz bir asılılıq yaşadığını deyib:
“Bir asılılıq idi. Bu asılılıq dağıdıcı idi”.
Tallula da heç vaxt anası ilə olan bağların yaxşı olmadığını etiraf edib:
“Hiss etdim ki, anam bəzi şeyləri gizlətmək qərarına gəlib. Bu da aramızdakı boşluğu hiss etməyə məcbur etdi. Onu ümumiyyətlə tanımadığımı başa düşdüm. Bəli, Nyu-Meksikoda böyüdüyünü, atamla bir dəfə tanış olduğunu bilirdim… Ancaq bütün bunlar belə idi”.
Son illərdə Demi və qızları isti münasibətdədirlər. Aktrisanın qızları kitabın işıq üzü gördüyü zaman ona fəal dəstək olublar. Aktrisa memuarlarında keçmiş həyat yoldaşı Eştonun onu necə aldatdığını, qrup sekslə məşğul olmağa zorla vadar etdiyi, içkiyə qayıtmağını, sağlamlıq vəziyyətinin aşağı olduğuna məhəl qoymadığını və hər şəkildə ələ salındığını qeyd edib.
Rəşad Əliyev