ee759ba9-7e55-402f-8bd6-730805936f46..jpg

“Demokratiya Sammiti” əslində nəyə həsr olunmuşdu? – TƏHLİL

Baxış sayı: 779 dəfə baxılıb.

“Demokratiya Sammiti” əslində nəyə həsr olunmuşdu? – TƏHLİL

“Demokratiya Sammiti” ABŞ Prezidenti Co Baydenin və onun
Administrasiyasiyasının qlobal savaşı təsvir etmək üçün istifadə etdiyi
narrativə uyğun gəlir. ABŞ Admnistrasiyasının fikrincə, bu savaşda “avtokratlar
demokratlara” qarşıdırlar.

Bu barədə “World politics review” nəşrində C. Bayden tərəfindən ikinci dəfədir
ki, təşkil olunan “Demokratiya sammiti”nə həsr olunmuşməqalədə

deyilir.

Qeyd edilir ki, tənqidçilərin fikrincə, sözügedən sammit “məntiqsiz boş
söhbətə və arzuolunmaz nümayişə” çevrilib. Məqalə müəllifi hesab edir ki,
sammit artıq bu həddi keçib.

O, sualla çıxış edərək soruşur: “Birincisi, sammit həqiqətən demokratiyaya
həsr olunub? 2021-ci ildəki birinci tədbirdə şübhəli demokratik nüfuzları olan
ölkələr – Konqo Demokratik Respublikası və Serbiya – iştirak etmişdilər”.

Müəllif Macarıstan kimi bəzi ölkələrin sammitə dəvət edilməməsinin həmin
ölkələrdə demokratiyanın geriləməsilə bağlantılı olduğuna şübhə ilə yanaşır:
“Macarıstan iki sammitə dəvət edilmədi. Bu, doğrudanmı Baş nazir Viktor Orbanın
dövründə ölkədə demokratiyanın pisləşməsilə, yoxsa onun Rusiya orezidenti ilə
yaxınlığı, Rusiyanın Ukraynaya soxulmasını qınamaqdan imtina etməsilə əlaqədar
idi? Lakin eyni demokratiyanın geriləmənin olduğu Polşa isə hər iki sammitə
dəvət almışdı. Polşa Ukraynanın möhkəm tərəfdarıdır”.

Sitat: “İkincisi, sammit orada iştirak edənlərə deyil, iştirak etməyənlərə –
Rusiya və Çinə həsr olunmuşdu. Görünən odur ki, görüşün əsas məqsədi ABŞ-ın bu
iki əsas rəqibinə qarşı əks-koalisiyanın yaradılmasıdır. Lakin hazırda dünyada
gedən əsas rəqabət demokratiya və avtokratiya arasında baş vermir. Söhbət,
əsasən, iqtisadi mübadilə vasitəsilə dünyanın qalan hissəsinə müraciətdən
gedir. Qlobal miqyasda insanları demokratiyaya ideoloji sadiqlik deyil, daha
çox demokratiyanın və ya istənilən idarəetmə sisteminin onların gündəlik
həyatlarının yaxşılaşdırılması üçün nə etdiyi maraqlandırır”.

Məqalədə deyilir: “Üçüncüsü, əgər sammit həqiqətən demokratiyaya yardıma həsr
olunubsa, bunu doğrudanmı etmək mümkündür? Bütün dünyada demokratiyanın
geriləyib-geriləmədiyinə dair məsələ özlüyündə şübhəli mövzudur. Bütün dünya
üzrə ayrı-ayrı demokratiyalar üçün real risklər mövcuddur və müəyyən beynəlxalq
əməkdaşlıq formaları yaranmaqda olan demokratiyalara kömək edə bilər. Lakin
onlar ayrı-ayrı ölkələrin və ya regional ölkələr qrupunun konkret tələblərinə
yönələndə uğurlu olur”.

Müəllif təəssüflə qeyd edir ki, iş regional səviyyədə demokratik yardımın
irəlilədilməsinə çatanda Bayden Administrasiyası deyəsən, uğursuzluğa düçar
olur: “Birləşmiş Ştatların arxa bağçası sayılan Mərkəzi Amerikada səylərinin
zəif olduğu görünür. Onun Salvador və Qvatemala kimi tərəfdaşlarında vətəndaş
hüquqları gerilədilir”.

Sonda bildirilir ki, üçüncü sammitin Cənubi Koreyada keçirilməsinə dair
planlar var: “Tarix müəyyən deyil. Bu gün dünyanın üzləşdiyi problemləri nəzərə
alsaq, istər demokratik, istərsə də qeyri-demokratik dövlətlər olsun, bu
problemləri həll etməyə çalışan ölkələrə vaxtlarını və diqqətlərini növbəti
virtual tok-şouya həsr etməyə deyil, başqa bir işə ayırması daha yaxşı olardı”.

Source link