1eb566bf-d3f4-45d7-8ca2-8e39a985cb15..jpg

Demokratiya yox, ABŞ müttəfiqlərinin Sammiti – Vaşinqton tədbirinin PƏRDƏARXASI – ŞƏRH + FOTO

Baxış sayı: 917 dəfə baxılıb.

Demokratiya yox, ABŞ müttəfiqlərinin Sammiti – Vaşinqton tədbirinin
PƏRDƏARXASI – ŞƏRH + FOTO

“Bu il ABŞ-də ənənəvi olaraq keçiriləcək Demokratiya sammitinə dövlətimizin və
bir sıra ölkələrin dəvət olunmaması təəccüb doğurmur. Xüsusilə, Cənubi Qafqazı
illərdir, qan gölünə çevirib, hər cür terror aktının təşkilatçısı olan
Ermənistanın dəvət olunması Qərbin demokratiya anlayışını tam əks etdirir.
Ümumiyyətlə, düşünürəm ki, başqa ölkələrin demokratiya dəyərlərinin ölçülməsi
də faydasızdır. Bu günə kimi bu sammit öz məqsədinə nail olmayıb. Sammitin əsas
məqsədinin demokratiya olması da şübhə altındadır. Bir halda ki Liviya və
Suriyada hökm sürən antidemokratik vəziyyət bu sammitə toplaşanları narahat
etmirsə, demək, burada demokratiya naminə nədənsə söhbət belə gedə bilməz”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında deputat Müşfiq Cəfərli deyib. O qeyd edib
ki, Demokratiya Sammitinə daha çox ABŞ-ın qlobal hədəflərinə cavab verən,
həmçinin onun maraqlarını qeyri-şərtsiz yerinə yetirən dövlətlər dəvət olunub:

“Xatırlayırsınızsa, ötən il hətta Filippin belə sammitdə iştirak edirdi, hansı
ki, dəfələrlə rəsmi şəkildə insan haqları onların siyasi maraqlarına uyğun
olmadığını ifadə etmişdilər. Bu sammitin adı dəyişdirilib Demokratiya Sammiti
deyil, ABŞ müttəfiqlərinin Sammiti olsa, əsas məqsədi daha aydın olar.

Bu il isə daha gülünc biz vəziyyət yaranıb. 120 ölkədən əlavə 8 ölkə dəvət
olunub ki, bunların bəzilərinin daxilində vətəndaş müharibəsi hələ də davam
edir. Görüşdə iştirak edən elə dövlətlər var ki, demokratiyanın əsas
elementlərindən olan sosial rifah, adam başı gəlir ABŞ-ın elan etdiyi
dəyərlərlə qəti şəkildə üst-üstə düşmür. Hətta Ermənistanın iştirakı isə 21-ci
əsrdə olan mina çirklənməsinə və sivil insanların qətlinə ABŞ-ın haqq
qazandırması kimi qiymətləndirilə bilər.

Qeyd edim ki, 21 mart tarixində ABŞ-ın dövlət katibi Entoni Blinken və cənab
Prezident arasında telefon danışığı baş tutub. ABŞ dövlət katibi bir daha
vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan
sonra da davam etdirəcək”.

Xatırladaq ki, martın 30-da ABŞ-də ikinci dəfə Demokratiya Sammiti adlı tədbir
keçiriləcək. Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən Qərb bu
dəfə də öz məqsədli siyasətini həyata keçirməkdə davam edir. Belə ki,
Demokratiya Sammitinə demokratiyadan bixəbər ölkə olan Ermənistan dəvət
edildiyi halda Azərbaycan, Türkiyə, Macarıstan, Çin kimi dövlətlər ABŞ-nin
siyahısından kənar qalıblar. Gürcüstanın isə məqsədli şəkildə yalnız prezidenti
demokratiya tədbirinə dəvət alıb. Bütün bu məqamlar ABŞ-nin Cənubi Qafqazda
parçalama siyasəti yürütdüyü haqqında iddiaları gücləndirib.

Aysel Aslan

Source link