ABŞ-ın Demokratik partiyasının milli komitəsi 2016-cı il prezident seçkiləri zamanı Rusiya hökuməti, Donald Trampın köməkçiləri və “WikiLeaks”in əlbir olaraq seçki nəticələrinə müdaxilə etməsi ilə bağlı məhkəməyə şikayət edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə The Washington Post yazır.
Çoxmilyonluq iddia ərizəsi Manhetten federal dairə məhkəməsinə təqdim olunub.
Ərizədə qeyd olunur ki, respublikaçıların yüksək səlahiyyətli nümayəndələri Rusiya hakimiyyəti və onun “hərbi casus agentliyi” ilə əlbir olaraq Trampı hakimiyyətə gətirib.
İddiaya görə, onlar Demokratik partiyanın kompüter şəbəkəsinə virtual hücum təşkil edərək, Hilari Klintonun namizədliyinə ağır zərbə vurub. Maraqlıdır ki, iddiada Tramp cavabdeh tərəf kimi göstərilməyib.