c273ef25-6c74-461a-ab1d-ca7855ecd2f7..jpg

“Dendrologiya Bağı” ilə Belarus Baş Botanika bağı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Baxış sayı: 652 dəfə baxılıb.

“Dendrologiya Bağı” ilə Belarus Baş Botanika bağı arasında əməkdaşlıq
Memorandumu imzalanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində
“Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun
olaraq Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları,
eləcə də xarici ölkələrin aidiyyatı dövlət qurumları ilə beynəlxalq təcrübənin
tətbiqi imkanlarının araşdırılması, birgə tədqiqatların aparılması məqsədilə
çalışmalar həyata keçirir.

“Report” xəbər verir ki, son illərdə Azərbaycan Respublikası ilə Belarus
Respublikası arasında siyasi, iqtisadi və mədəni sahələrdə məhsuldar
əməkdaşlığı nəzərə alan Dendrologiya Bağı Belarus Milli Elmlər Akademiyasının
Baş Botanika Bağı ilə biomüxtəlifliyin artırılması, bəzək-bağçılıq və landşaft
memarlığı, ekologiya və ətraf mühitin mühafizəsi kimi sahələrdə əlaqələri
genişləndirir.

Bu məqsədlə Belarus MEA Baş Botanika Bağı və “Dendrologiya Bağı” publik hüquqi
şəxs arasında dünya florasının mühafizəsi problemlərinin həllinin innovativ
üsullarla öyrənilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə 1-3 noyabr 2023-cü il
tarixlərində “Dendrologiya Bağı” publik hüquqi şəxsin idarə heyətinin
təmsilçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərlik
etdiyi qrup Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının
rəhbərliyinin dəvəti ilə Belarus Respublikasının Minsk şəhərinə ezam olunublar.

İki bağ arasında imzalanan bu müqavilə qarşılıqlı əməkdaşlığın, mobilliyin və
dostluq münasibətlərinin genişləndirilməsinə şərait yaradacaq.

Dendrologiya Bağının təmsilçiləri Belarus MEA Baş Botanika Bağının kollektivi
tərəfindən qonaqpərvərliklə qarşılanıb, 96 hektarlıq bağın ərazisi, kolleksiya
fondu, istixanaları, laboratoriyaları, biotexnoloji tədqiqatları ilə tanış
olublar.

Son zamanlarda qlobal iqlim dəyişikliyi, ekoloji problemlərlə bağlı qarşlıqlı
elmi diskussiyalar aparılmış və gələcəkdə təşkil olunacaq ikitərəfli
əmədaşlıqdan danışılıb. Həmçinin, Belarus Baş Botanika Bağı heyətinə
Dendrologiya Bağının strukturu, müasir avadanlıqları və bağ ərazisində növ
müxtəlifliyi haqqında məlumatlar verilib.

Bağın direktoru Fyodor Privalov səfəri yüksək qiymətləndirib, münasibətlərin
möhkəmləndirilməsi və gələcəkdə belə görüşlərin daha tez-tez təşkil edilməsi
barəsində razılıq əldə olunub.

Source link