02f09ed7-6a83-4143-956f-bc650a412a04..jpg

Depardye Rusiyanı tərk etdi və Ukrayna ordusunun hesabına pul köçürdü

Baxış sayı: 866 dəfə baxılıb.

Depardye Rusiyanı tərk etdi və Ukrayna ordusunun hesabına pul köçürdü

Tanınmış fransalı aktyor Jerar Depardye Rusiyanı tərk edib və Ukrayna ordusu
üçün pul ianə edib.

Bu barədə aktyorun özü xəbər verib.

“Mən rusiyalı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə
olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm”, – deyə Depardye
bildirib.

O, həmçinin Fransa hökumətinə müraciət edərək onlardan “müharibədən qaçqın
statusu” vermələrini istəyib.

Qeyd edək ki, 2013-cü ildə Rusiyaya köçən Depardye Rusiyanın Ukraynaya
hücumunu elə ilk günlərdənpisləyib və Rusiya
Prezidenti Vladimir Putini kəskin tənqid edib.

Mənbə: Charter97.org

Source link