1317a564-4eaf-4b03-a916-54b7ff433549..jpg

Depozit gəlirlərini vergidən necə tam azad etmək olar? – FOTO

Baxış sayı: 543 dəfə baxılıb.

Depozit gəlirlərini vergidən necə tam azad etmək olar? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə
vergi güzəştləri qüvvəyə minib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

O bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha
çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə
azad olunacaq:

“Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat
gəlir vergidən azaddır.

Yəni, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək. Birincisi, əgər
vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata
qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200
manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq.

Misal üçün əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda
onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır.
Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən
azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət
yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400
manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda
vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.

Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımız
vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Belə ki,
dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan
Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan
aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu o
deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit
kimi yerləşdirərsə onu illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda
yerləşdirilərsə o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb
olunacaq. Vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olardı
ki, vəsaitin bir deyil iki bankda yerləşdirilməsidir. Belə olan halda 50 min
manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə
vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa,
məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu bir
tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər
hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə
səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu
halda belə depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür”.

Source link