Depozit hərracında tələb təklifi üç dəfəyə qədər üstələyib

Depozit hərracında tələb təklifi üç dəfəyə qədər üstələyib

Baxış sayı: 2. 156 dəfə baxılıb.

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, hərracda tələb 935,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Qeyd edək ki, MB hibrid depozit hərracında 350 milyon manat məbləğində vəsaitin cəlbini nəzərdə tuturdu.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 – 10,99% təşkil edir.

.
www.ÇıxışYolu.Com