b5917a98-19fd-4ada-a316-27202170d94e..jpg

Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb – FOTO

Baxış sayı: 744 dəfə baxılıb.

Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb – FOTO

Amerikalı aktyor və kinorejissor Conni Depp rəsmlərinin satışından 5,4 milyon
dollar qazanıb.

Rəssamın musiqiçi Bob Marli, yazıçı Hanter S.Tompson, aktyorlar Hit Ledcer,
River Feniks və digər məşhurların yer aldığı silsilə əsərləri Londondakı
“Castle Fine Art Gallery”də nümayiş etdirilib və bir neçə gün ərzində satılıb.

Depp yüksək satış nəticələrindən təsirləndiyini etiraf edib.

“İşlərimi ilk dəfə görən insanların bu qədər müsbət reaksiya verməsi çox
təsiredicidir”, – “Karib dənizi quldurları”nın ulduzu bildirib.

Ötən ilin iyulunda Conni rəsm kolleksiyasının “Dostlar və qəhrəmanlar” adlı
birinci hissəsini təqdim edib. O, musiqiçilər Bob Dilan və Keyt Riçards,
aktyorlar Elizabet Teylor və Al Paçinonun obrazlarını çəkib. Ulduzun əsərləri
bir neçə saat ərzində satılıb.

Mənbə: lenta.ru

Source link