Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

Baxış sayı: 1. 911 dəfə baxılıb.

Ailələrin dağılması ciddi problemə çevrilib.

ÇıxışYolu.Com məlumat verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bunun səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: 

“Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var. Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Onun qeyd etdiyinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var:

“Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun “ailə nədir” anlayışı belə yoxdur.

Və yaxud, bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi.

Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə, bu cür ağrılı hallar yaşanır”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com