88c1925f-88c1-4c59-8fb2-65c45b70ccfc..jpg

Deputat: “Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib” – FOTO

Baxış sayı: 648 dəfə baxılıb.

Deputat: “Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib, utilizasiya
çox ciddi problemdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsində deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, 2024-cü ilin sentyabr ayından məsələnin həllini tapması
gözlənilir:

“Burada əsas məsələ odur ki, ədalətli həll üçün mexanizm yaradılmalıdır. Çünki
bu, kütləvi məsələdir”.

Vüqar İskəndərov tıxac probleminə də toxunub:

“Bakı şəhərinin mərkəzində tıxaclar əsas problemdir. Buna yol açan
problemlərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət
obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin
kənarına köçürülməsinə baxmalıyıq.

Pedaqoji Universitetin Şəki filialı fəaliyyət göstərir. Şəki o regionun
mərkəzi şəhəridir. Pedaqoji Universitetin Şəki filialı tam müstəqil universitet
olmağa hazırdır. Gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.

Source link