Deputat: Bəzi qurumlar kredit pullarını “yeyirlər”

Deputat: Bəzi qurumlar kredit pullarını “yeyirlər”

Baxış sayı: 2. 279 dəfə baxılıb.

Mən ad çəkib reklam etmək istəmirəm, elə qurumlar var ki, dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyirlər.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin üzvü, sabiq baş nazir Əli Məsimli bildirib.

Millət vəkili onların fəaliyyətinin şəffaf və təqdirəlayiq olduğunu bildirib.

Bununla yanaşı, Ə. Məsimli bəzi qurumların da dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməmələrindən narazılığını dilə gətirib.

“Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, “yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

Kamil Həmzəoğlu
www.ÇıxışYolu.Com