0edd3d9a-aadb-4809-9b06-424d65224481..jpg

Deputat: “Bir sıra ali məktəblərdə əməkhaqqı orta məktəb müəllimin maaşından aşağıdır”

Baxış sayı: 680 dəfə baxılıb.

Deputat: “Bir sıra ali məktəblərdə əməkhaqqı orta məktəb müəllimin maaşından
aşağıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin
maaşından aşağıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının
2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat
Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi
sisteminə yenidən baxılmalıdır:

“Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına
universitetləri saxlamağa çalışırlar. Belə olan halda universitetlər daha çox
tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi
müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının
artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində
maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb
müəllimlərinin maaşı artırılıb. Hazırda bir sıra ali təhsil müəssisələrində
əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır. Bu ziddiyyət aradan
qaldırılmalıdır. Universitetlərin tədqiqatyönümlü fəaliyyətinin dəstəklənməsi
üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.

Deputat qeyd edib ki, son illər Prezident İlham Əliyevin və Birinci
vitse-prezidentMehriban Əliyevanın bilavasitə diqqət və qayğısı ilə ölkəmizdə
yüzlərlə məktəb inşa və təmir olunub:

“Ancaq bu gün ölkədə təxminən 800 məktəb təmirsiz vəziyyətdədir. Əlbəttə, bir
ilə bütün məktəbləri təmir etmək mümkün deyil. Ancaq düşünürəm ki, müddəti
qısalda bilərik. 10 ilə deyil, daha qısa müddətə təmir işini yekunlaşdıra
bilərik. Bu gün bəzi bölgə məktəblərində vəziyyət çox ağırdır. Digər tərəfdən,
bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var. Bu da təhsilin
keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində
tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var”.

Source link