Deputat: Bu Azərbaycanın humanist ölkə olmasının sübutudur

Deputat: Bu Azərbaycanın humanist ölkə olmasının sübutudur

Baxış sayı: 2. 313 dəfə baxılıb.

Mən ölkə Prezidenti cənab İlham İlham Əliyev tərəfindən növbəti dəfə verilən, imzalanan əfv sərəncamını çox yüksək və çox müsbət qiymətləndirirəm. Bu, çox böyük, təqdirəlayiq və alqışlanmalı bir addımdır, hadisədir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, Azərbaycan  Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.

O, qeyd edib ki, ölkə prezidentinin imzaladığı əfv sərəncamı ilə daha 634 məhkum öz  azadlığına qovuşmuş oldu.

“Əslində, bunlar tək 634 nəfər demək deyil, onların ailə üzvləri, yaxınları, qohum-ərəbaları da var və bu əfvlə 600 dan çox ailənin, minlərlə Azərbaycan insanın sevincinə sevinc qatılmış oldu. Bu addım Azərbaycan dövlətinin necə humanist bir dövlət, onun rəhbəri cənab İlham Əliyevin necə humanist bir insan, müdrik dövlət adamı olduğunu bir daha ortaya qoydu. Özü də qeyd edim ki, bu humanist siyasət, əfv siyasəti illərdir həyata keçirilir. 

20 ildən artıqdır Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir. Əvvəllər ümumlilli liderimiz Heydər Əliyevin dövründə, 2003-cü ildən bu yana isə ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə əfvlə bağlı çox böyük addımlar atılıb, hər dəfə yüzlərlə insan bağışlanılıb, əfv edilib, azadlığına, ailəsinə qovuşub. Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xətini humanizm siyasəti və sosialyönümlülük təşkil edir. 

Odur ki, mən bir Azərbaycan vətəndaşı, bir millət vəkili, Əfv Məsələləri  Komissiyasının bir üzvi kimi həm öz adımdan, həm də məhkumluq həyatı yaşayıb, sonradan əfv olunan insanların, elə bu gün azadlığına qovuşan məhkumların adından ölkə prezidentinə bu nəcib, humanist addımına görə öz dərin minnətdarlığımı və təşəkkürlərimi çatdırıram”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com