Mən sonsuz etimadına, mənim əməyimə verdiyi yüksək qiymətə görə Prezidentimizə çox minnətdaram.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, yazıçı-publisist Elmira Axundova ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xalq yazıçısı” fəxri adına layiq görülməsinə münasibətini bildirərkən dilə gətirib.
O, ölkə prezidentinin Sərəncamı ilə Azərbaycanın “Xalq yazıçısı” fəxri adının verilməsinə görə hədsiz dərəcədə xoşbəxt olduğunu söyləyib.
“Mən Heydər Əliyevi həm də ona görə çox sevirdim ki, ona “birinci” sözü çox yaraşırdı. Hətta onun adının mənası “Heydər” – “irəlidə gedən atlı” deməkdir. Xalq yazıçısı Anar deyib ki, mən Azərbaycan ədəbiyyatında yeni janr – sənədli bioqrafik roman-tədqiqat janrı yaratmışam. Tarixi romanlarımız çoxdur, lakin onlar bədii təxəyyülə əsaslanır. İndi mən hazırda ilk jurnalist-publisistəm ki, Xalq Yazıçısı fəxri adını almışam.
Mən sonsuz etimadına, mənim əməyimə verdiyi yüksək qiymətə görə Prezidentimizə çox minnətdaram. Diqqətəlayiq haldır ki, bu əlamətdar hadisə Miniatür Kitab Muzeyində, dostlarımın əhatəsində baş verib”,- deyə, E.Axundova sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com