Deputat: İstifadəsiz qalan yeni tikililərin qiymətləri endirilməlidir

Deputat: İstifadəsiz qalan yeni tikililərin qiymətləri endirilməlidir

Baxış sayı: 2. 217 dəfə baxılıb.

İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətlərini endirməlidir.

ÇıxışYolu.Com məlumat verir ki, bunu deputat Tahir Rzayev parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir:

“Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan, lakin istifadəsiz qalan binaların sayı kifayət qədərdir. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil.

Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”, – deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com