Deputat: “Məhdudiyyətlərin tətbiqi üçün səbəb yoxdur” - VİDEO

Deputat: “Məhdudiyyətlərin tətbiqi üçün səbəb yoxdur” – VİDEO

Baxış sayı: 1. 883 dəfə baxılıb.

“Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında deputat İlham Məmmədov deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2 000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:

“Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir. Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər”.

Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.