Deputat Məmmədyarovla bağlı istefa çağırışına aydınlıq gətirdi

Deputat Məmmədyarovla bağlı istefa çağırışına aydınlıq gətirdi

Baxış sayı: 2. 430 dəfə baxılıb.

Elmar Məmmədyarov günün, zamanın reallıqlarına cavab verən nazir deyil.

ÇıxışYolu.Com xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırması ilə bağlı parlamentin bu gün keçirilən iclasında səsləndirdiyi fikirlərə və bu fikirlər ətrafında cəmiyyətdə, sosial şəbəkələrdə gedən müzakirələrə münasibətini bildirərkən deyib.

O, E. Məmmədyarovun fəaliyyəti ilə bağlı hələ bir müddət öncə mətbuata açıqlamasında  xarici işlər nazirinin ermənilərin işğalçılıq, vandalizm hərəkətlərinə qarşı seyrçi mövqe sərgilədiyini vurğuladığını xatırladıb:

“İndi də bu fikirdəyəm və düşünürəm ki, Məmmədyarov öz səlahiyyətləri çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirə bilmir”.

Millət vəkilinin sözlərinə görə, ola bilsin  ki, Məmmədyarov  kifəyət qədər biliyə, diplomat kimi təcrübəyə malikdir, ancaq bütün bunlara rəğmən, Azərbaycan torpaqları hələ də işğal altındadır və Ermənistan işğalçılıq siyasətini davam etdirir:

“Bununla bağlı Azərbaycan prezidentinin hücum diplomatiyası ortalıqdadır. Ölkə başçısı rəsmi görüşlərində və açıqlamalarında Ermənistan təcavüzkar dövlət kimi dəyərləndirməklə yanaşı,  Ermənistanı bu gün Azərbayacanın tarixi torpaqlarında yaradılmış bir dövlət kimi önə çəkir.

Onun fikirləri qətiyyətli və birmənalı olsa da, Elmar Məmmədyarovun- xarici işlər nazirinin  bu istiqamətdə fəaliyyəti birmənalı deyil. Məmmədyarov günün, zamanın reallıqlarına cavab verən nazir deyil”.

F.Ağamalının fikrincə, E. Məmmədyarovun bu gün Azərbaycan xalqı qarşısında ən böyük töhfəsi o olardı ki, öz təşəbbüsü ilə istefa versin.

“Beləliklə də Azərbaycan xalqının başının altına yastıq qoyan bir xarici işlər naziri kimi vəzifəsinə son qoysun”-deyə, F. Ağamalı mətbuata açıqlamasında deyib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com