Deputat Fazil Mustafa son zamanlar yeni təyin olunan məmurların həmin qurumlardakı köhnə məmurları işdən çıxarması məsələsinə sərt reaksiya verib.
ÇıxışYolu.Com xəbər verir ki, o, çıxışında qeyd edib ki, son günlərdə yeni təyin olunan nazirlər sələflərinin kadrlarını kütləvi şəkildə işdən çıxarmağa başlayıblar:
“Bu, çox pis haldır. Elə bil ki, məmurların soyqırımı gedir. Yeni rəhbər təyin olunan kimi 20 ildən artıq işləyən kadrların hamısını işdən çıxararaq öz komandasını gətirir. Etiraz edəndə də deyir ki, istəyirsən get məhkəməyə ver.
Azərbaycan məhkəmələrində ədalətli qərar əldə olunmayacağını da bilirik. Çünki məhkəmələr dövlət qurumlarına qarşı qərar çıxarmaqda maraqlı deyillər. İşdən çıxarılan kadrların içərisində elələri var ki, öz fəaliyyəti ilə bəlkə də bizdən daha çox fayda verə bilərlər. Kadr təyin olunanda birinci ona tapşırılmalıdır ki, o kadr soyqırımı ilə məşğul olmasın. Məmur yetişdirmək çox ciddi məsələdir. Bu məsələyə ciddi münasibət göstərilməlidir”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com