Kredit borcları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) komitə sədri Siyavuş Novruzov “Kredit büroları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
“Keçən iclasda da deyildi ki, bu məsələ dövlətin və hökümətin diqqətindədir, müvafiq işlər gedir. Biz də bilirik ki, bu məsələ üzərində işlər gedir. Amma Ziyad müəllim, yaxşı olardı ki, bu məsələ ilə bağlı geniş məlumat verəsiniz. Bu məsələyə artıq aydınlıq gətirilməli və son qoyulmalıdır”.
Millət vəkili Fəzail Ağamalı da bu yöndə sərt fikirlər səsləndirib və özəl bankları ciddi tənqid edib:
“Niyə hər şey dövlətin üzərinə atılır? Kommersiya bankları pul qazanann da niyə əl-ayağa düşmürdülər, amma problem yarananda hər şeyi dövlətdən umurlar? Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşqul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com