Deputat: Münaqişənin həllində hibrid xarakterli addımlar atılacaq

Deputat: Münaqişənin həllində hibrid xarakterli addımlar atılacaq

Baxış sayı: 2. 347 dəfə baxılıb.

Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Xalqımız üçün uğurlu-xeyirli olsun!

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

“Prezidentin proqram xarakterli çıxışından gəldiyim nəticə budur ki, Qarabağ münaqişəsinin həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq”, – deyən millət vəkilinin sözlərinə görə, yəni, torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa, ediləcək.

“Bununla yanaşı, cənab prezidentin Ermənistanın özünün belə Azərbaycan torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür.

O, ötən əsrin 90-cı illərində işğal olunan Azərbaycan torpaqlarının son qarışınadək qaytarılımasını real saydığı və buna çalışdığı kimi, indi Ermənistan adlanan torpaqlardan qovulan azərbaycanlıların ora qayıtmalarını real sayır, onun üçün nə lazımdırsa edir və edəcək.

İkinci gəldiyim nəticə budur ki, ölkədə – iqtisadiyyatda, sosial sahədə, özəlliklə də idarəetmədə islahatların dərinləşdirilməsi sistemli xarakter alır və bununla bağlı yaxın gələcəkdə biz xeyli yeniliklər görəcəyik.

Bu yerdə, cənab İlham Əliyevin prezidentliyə digər namizədlərin səsləndirdikləri haqlı tənqidlər və verdikləri önəmli təkliflərin də nəzərə alınacağını bildirməsi, məncə, az şey demir…”, – deyə millət vəkili deyib.

Millət vəkili diqqətçəkən məqamlardan biri kimi bütün sahələrlə bağlı konkret proqram və planların olmasını vurğulayıb:

“Bu plan və proqramlar da onun üçün tərtib edilib ki, Azərbaycan, prezidentimizin özünün də dediyi kimi, daha da qüdrətlənsin.

Torpaqlarımız işğaldan tam azad olsun. Bütün azərbaycanlılar, o cümlədən indi Ermənistan adlanan yerdən gələnlər də ev-eşiklərinə dönsünlər. 

Kimsə bunu real saymaya bilər. Amma istəyirəm biz 15 il bundan öncəyə qayıdaq, ozamankı vəziyyəti xatırlayaq. Birinci elə cənab İlham Əliyevin özündən başlayaq.

Hətta bəzi çox tanınmış əcnəbi ekspertlər belə proqnoz verirdilər ki, prezidentliyi 2-3 il çəkə, ya çəkməyə.

O isə artıq neçə ildir dövlətimizi inamla və ləyaqətlə idarə edir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com