“Ailə həkimi haqqında” qanuna ehtiyac var.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, belə bir qanuna ehtiyac duyulur və bu, cəmiyyətin sosial sifarişidir:
“Neçə ildir ki, bu məsələ həm cəmiyyətdə, həm də parlamentdə müzakirə mövzusudur.
Əksəriyyət belə bir qanuna ehtiyac olduğunu bildirir.
Çünki dünyanın əksər yerlərində, aparıcı ölkələrində ailə həkimləri və onların statusunu tənzilmləyəcək qanunvericilik aktları var.
Hesab edirəm ki, bizdə də ailə həkimləri olarsa, bu, bir çox xəstəliklərin vaxtında müalicə olunmasında, xəstəliklərin və xəstələrin sayının azalmasında, onların sağlamlara qovuşmasında böyük rol oynayar.
Bu gün ölkəmizdə də insanlarımızın sağlamlığının təmin edilməsi və qorunması istiqamətində bir sıra dövlət əhəmiyyətli addımlar atılmaqda və öz effektini verməkdədir.
Düşünürəm ki, bunun davamı kimi, ailə həkimi institutunun yaradılması da çox məqsədəuyğun və məntiqi addım olardı.
Odur ki, ailə həkimi ilə bağlı qanunvericilik hazırlanmasına və nəhayət, parlament müzakirələrinə çıxarılmasına ehtiyac var” – deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com