Deputat ölüm hökmü cəzasını yenidən gündəmə gətirdi

Deputat ölüm hökmü cəzasını yenidən gündəmə gətirdi

Baxış sayı: 2. 849 dəfə baxılıb.

Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik.

ÇıxışYolu.Com məlumat verir ki, bunu mayın 15-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin iclasında  komitə sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb: 

“Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik.

Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com