Deputat: Palata üzvlərinin maaşı artırılmalıdır

Deputat: Palata üzvlərinin maaşı artırılmalıdır

Baxış sayı: 2. 267 dəfə baxılıb.

Deputat Çingiz Qənizadə Hesablama Palatasının üzvlərinin maaşlarının artırılmasına müsbət yanaşır. 

ÇıxışYolu.Com xəbər verir ki, o, bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb. 

Deputat qeyd edib ki, mətbuatda bu məsələ ilə bağlı bəzi fikirlərlə tanış olub: 

“Bildirilir ki, üzvlərin maaşları ilə parlamentin sədr müavinlərinin, deputatlarının maaşı az qala eyni səviyyədədir. Amma mən hesab edirəm ki, Palatanın üzvlərinin maaşının artırılmasına ehtiyac var.

Bura Azərbaycandır. Bilirik ki, Hesablama Palatası da elə bir qurumdur ki, həmin qurumdan bir çox insanların xahişi ola bilər. 

Zamanında yol polisində baş verən korrupsiyanın qarşısını almaq üçün onların maaşlarının artırılması məsələsinə baxdıq. Bu, müsbət nəticə verdi. Bu baxımdan, Palata üzvlərinin əməkhaqlarının artırılması təqdirəlayiqdir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com