Deputat: Prezident Azərbaycanın düşmənlərinə ciddi mesajlar verdi

Deputat: Prezident Azərbaycanın düşmənlərinə ciddi mesajlar verdi

Baxış sayı: 2. 128 dəfə baxılıb.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində iştirak etdik. Cənab prezidentimizi bir daha təbrik edirik, ona qarşıdakı yeddi il ərzində hər zaman böyük uğurlar diləyirik.

Cənab prezident əldə edilmiş uğurlar, ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı geniş çıxış etdi.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O qeyd edib ki, ölkə prezidenti çıxışında Azərbaycanın dostlarına və düşmənlərinə də ciddi mesajlar verib. 

“Cənab prezident çıxışında özəlliklə işğal altında olan ərazilərimizin Azərbaycanın ən əsas məsələsi olduğunu vurğuladı.

Çıxışda işğalçı Ermənistana, arxasında dayanan güclərə ciddi xəbərdarlıq mesajları vardı.

Cənab prezident işğalçı Ermənistanın tarixi Azərbaycan torpaqlarında bəzi güclər tərəfindən yaradılması məsələsinə də xüsusi toxunaraq, bu gerçəkliklərin dünyaya daha da geniş duyurulacağını bəyan etdi…”, – deyə deputat qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com