Azərbaycanda psixoloji yardımın səviyyəsi çox aşağıdır. Bu xidmət, demək olar ki, yoxdur. Psixoloji yardımı göstərən axtarıb-tapsaq, görəcəyik ki, savadı yoxdur, ya da ekstrasensdir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri qeyd edib ki, psixoloji yardımla bağlı problem aradan qaldırılmalıdır.
Ə.Əmiraslanov vurğulayıb ki, bu problemin həlli üçün hüquqi baza yaradılacaq, “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com