Deputat: Qanunda ziddiyyətli məqamlar var

Deputat: Qanunda ziddiyyətli məqamlar var

Baxış sayı: 3. 492 dəfə baxılıb.

“Peşə təhsili haqqında” qanun layihəsi parlamentdə ikinci oxunuşun müzakirəsinə çıxarılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Müzakirələr zamanı çıxış edən millət vəkili Tahir Rzayev sənədin çox mütərəqqi və əhəmiyyətli olduğunu vurğulayıb: 

“Hesab edirəm ki, belə bir sənədə ciddi ehtiyac var. Bu sənəd ölkədə peşə təhsilinin inkişafına böyük töhfə verə bilər və verəcək. Ona görə bu sənədi dəstəkləyirəm və onun lehinə səs verəcəyəm”, – deyə T.Rzayev qeyd edib.

Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da sənədin vacibliyindən danışıb: 

“Peşə təhsili çox mürəkkəb sahədir. Bu sahə son illərə kimi diqqətdən kənarda qalmışdı, geriləmə vardı. Ancaq hesab edirəm ki, bu qanunun qəbulundan sonra ölkədə peşə təhsili sahəsində ciddi və müsbət dönüş yaranacaq”.

Millət vəkili Elşad Həsənov qanun layihəsini çox təkmilləşdirilmiş bir sənəd adlandırıb. Onun sözlərinə görə, bu sənəd ölkədə peşə təhsililinin inkişafına yeni töhfə olacaq:

“Bu sənəd çox mükəmməl şəkildə hazırlanıb və təkmilləşdirilib”.

Millət vəkili bildirib ki, bu sənəd peşə yeniliklərinə və innovasiyalara təkan verəcək.

“Bu, çox yerində hazırlanmış qanundur. Vacib sənəddir. Qəbulu mütləqdir”, – bunu çıxışında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. 

Bununla belə, komitə sədri adıçəkilən sənədlə digər sənədlər arasında bəzi ziddiyyətli məqamlar olduğunu və onların aradan qaldırılmasının vacibliyini söyləyib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com