a9196133-4171-4bf5-b4a3-39d0f3ceda80..jpg

Deputat radikal müxalifəti İranın agentləri adlandırdı

Baxış sayı: 937 dəfə baxılıb.

Deputat radikal müxalifəti İranın agentləri adlandırdı

“Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum İranın simasızlığını
göstərdi”.

Cixisyolu.com-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Elşən
Musayev deyib.

O bildirib ki, Azərbaycanda hadisəyə münasibət birmənalı oldu və bu, terror
hadisəsi kimi dəyərləndirildi.

Deputat qeyd edib ki, yalnız radikal müxalifət hadisəni qınayan bəyanat
səsləndirmədi.

“Bilirsinizmi, niyə fikir bildirmirlər? Çünki onlar İranın agentləridir. Onlar
xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıblar. İstəsələr də, danışa
bilməzlər. Danışsalar, onların qulaqlarını kəsərlər. Daş düşsün sizin
siyasətinizə də, özünüzə də”, – deyə Elşən Musayev bildirib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə
silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən
baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı
xəsarət alıb. Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və
səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən
ayrılmış təyyarə ilə İrandan Azərbaycana təxliyə olunublar.

Yanvarın 30-da Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Aqşin Kərimov

Source link