Deputat: Sarkisyan rejimi Qarabağ kartından istifadə edə bilmədi

Deputat: Sarkisyan rejimi Qarabağ kartından istifadə edə bilmədi

Baxış sayı: 2. 501 dəfə baxılıb.

Qarabağın işğalı erməni xalqına lazım deyil, çünki  Azərbaycanın torpağıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.

“Erməni əsgərlərinin anaları da bilirlər ki, övladları işğalın qurbanına çevrilirlər. O insanlar şəhid sayılır ki, öz vətəni uğrunda canını fəda etsin.

Amma başqa dövlətin ərazisini işğal edənlər isə cinayətin iştirakçısı və şahididir.

Qarabağda ölən erməni əsgərləri də məhz cinayətin iştirakçılarıdır”, – deyən millət vəkili qeyd edib ki, erməni anaları imkan verməməlidir ki, övladları işğalçı rejimin qurbanı olsunlar. 

Millət vəkilinin sözlərinə görə, hər dəfə Ermənistanda gərginlik başlayanda keçmiş prezident və baş nazir kürsüsündə əyləşməmiş istefaya göndərilən cinayətkar Serj Sarkisyan və onun xuntası Qarabağ kartından istifadə etməyə çalışır, xalqı qorxutmağa cəhd göstərirdi ki, guya belə vəziyyətdə Azərbaycan müharibəyə başlayacaq.

“Amma bu dəfə insanlar ona inanmadı və vəzifədən qovdular.

Həqiqətən də, bu gün Ermənistan dərin böhran içərisindədir. Gənclər bu ölkəni tərk edir.

Təkcə Türkiyədə 100 mindən çox erməni miqrant var. İşğalçı ölkədə demoqrafik vəziyyət də acınacaqlıdır.

Azərbaycan prezidenti İlham Əliyev hər zaman beynəlxalq tribunalardan cinayətkar Sarkisyan rejimini ifşa edib. Onun çıxışlarını sadə erməni xalqı dinləyib və dəstəkləyib.

Prezidentimiz haqlı olaraq Ermənistanı “dalan dövləti” adlandırıb.

Çünki bütün sahələrdə işğalçı ölkə geriləyib, Azərbaycanın prinsipial mövqeyi nəticəsində bütün regional layihələrdən kənarda qalıb.  

Təbii ki, Ermənistan vətəndaşları özlərinin aclıq və səfalətlərinin fonunda Azərbaycandakı sürətli inkişafı, yüksək rifahı görürlər.

Əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi, regional əməkdaşlıq şəratində inkişaf edərdi. Amma Sarkisyan rejimi buna imkan vermirdi.

Ona görə nə vaxtsa bütün bunlara qarşı erməni xalqı hayqırmalı idi və bu, baş verdi.

Mən əminəm ki, Ermənistandakı bu proseslərin hansı istiqamətində getməsindən asılı olmayaraq,  Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad edəcək”, – deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com