Ruhanilər, polis və ordu Serj Sarkisyana dəstəkdən imtina etdikdən sonra aydın oldu ki, o, “siyasi cəsəd”dir.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Sarkisyanın istefasını şərh edərkən deyib.
Onun sözlərinə görə, erməni xalqı gələcəyə Sarkisyansız və onun zərərli siyasəti olmadan getməyə qərar verib:
“Ermənistanın indiki nəsli Sarkisyanın cinayətkar rejimi ilə deyil, sülh şəraitində yaşamaq istəyir. Düşünürəm ki, onun istefası ilə Ermənistanda yeni dövr başlayacaq, əvvəlki səhvlər yenidən qiymətləndiriləcək”, – azərbaycanlı deputat deyib.
Mirzəzadə ümidvar olduğunu bildirib ki, Sarkisyandan sonra Ermənistanın yeni hökumətində demokratik, müasir və sağlam düşüncəli insanlar yer alacaq:
“Ən əsası, Sarkisyanı əvəz edəcək yeni hökumət Qarabağ problemində daha dəqiq və düzgün mövqe seçməlidir”, – deputat əlavə edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com