Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Deputatlar Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı
pisləyiblər.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural
Gəncəliyev deyib ki, Azərbaycan son zamanlar beynəlxalq platformalarda çox
mühüm fəaliyyət aparır.
Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu
Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb:
“Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini
Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər
ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda
1960-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.
Deputat Hikmət Babaoğlu da bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı
barbarlıq edilib:
“Amma Fransa 44 günlük müharibədə əleyhimizə bəyanatlar səsləndirəndə bizdən
heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır”.
Deputat Sahib Alıyev də Fransada Azərbaycan parkına qarşı addımları pisləyib:
“Bu, barbarca hərəkətdir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevən sevdiyini
Parisə yox, Şuşaya aparsın”.