Deputat: Suriyada gərginlik hamı üçün ən pis ssenaridir

Deputat: Suriyada gərginlik hamı üçün ən pis ssenaridir

Baxış sayı: 1. 952 dəfə baxılıb.

Suriyada Rusiya və ABŞ arasındakı gərginlik bu və ya digər dərəcədə Azərbaycanla sərhəddə yerləşən  İran və Türkiyəyə toxuna bilər.

Bu barədə ÇıxışYolu.Com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Deputatın fikrincə, bu, Azərbaycan üçün xoşagəlməz ssenaridir:

“Əgər ABŞ-ın məhz Suriya terrorçularının mövqelərini və ya “Hizbullah”ı  vurmağa hazır olub-olmadığı mövzusunda bir sıra sualların cavabını bilsək, hadisələrin necə inkişaf edəcəyini demək mümkündür. 

Və yaxud: Rusiyanın HKQ yalnız buraxılmış raketləri, yaxud ABŞ-ın təyyarə və gəmilərini vuracaqlar? Bunlar hansı mərhələdə dayanacaq, məlum deyil”.

Musabəyov qeyd edib ki, regionda Azərbaycan üçün təhlükəli vəziyyət yaranıb:

“Sadəcə, ümid etmək qalır ki, onlar vaxtında ağıllanacaqlar və vəziyyəti stabilləşdirəcəklər.

Düşünürəm ki, amerikalılar Suriyada Rusiya hərbi infrastrukturuna toxunmayacaqlar və mən rusların da ABŞ-ın gəmilərini vurmağa cəsarət etməyəcəkləri barədə proqnoz vermirəm. Çünki hər iki tərəf hazırkı vəziyyətin təhlükəli olduğunu başa düşürlər”.

Musabəyovun fikrincə, ağıl və əyləc hələ ki işləyir – bu isə hazırkı münaqişənin əsas tərkib hissəsidir.

Xatırladaq ki, Rusiya əvvəl Suriyaya buraxılan bütün raketləri vurmağa söz vermişdi. Buna cavab olaraq, ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Rusiya Suriyaya buraxılan raketləri vurmağa hazır olmalıdır: ”Hazırlaş, Rusiya, çünki onlar uçub gələcəklər – yaxşı, təzə və “ağıllı”.

Əli Məmmədov
www.ÇıxışYolu.Com