Deputat: Uşağına tərbiyə verə bilmir, amma bağça müdiri işləyir

Deputat: Uşağına tərbiyə verə bilmir, amma bağça müdiri işləyir

Baxış sayı: 2. 500 dəfə baxılıb.

Millət vəkili Fazil Mustafa ölkədə uşaq bağçalarının vəziyyətindən çox narazıdır.

Deputat ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda uşaq bağçalarının sayı yetərli deyil:

“Uşaqları yerləşdirmək üçün uşaq bağçaları çatışmır, azdır. Eyni zamanda, uşaq bağçalarında işləyənlərin əmək haqları çox aşağıdır. Cəmi 130-140 manat maaş alırlar. Kim bu pula gedib işləyər?! Onların əmək haqları artırılmalıdır.

Bununla yanaşı, uşaq bağçalarında işləyənlərin, uşaq bağçalarının müdirlərinin bir çoxu bu işə yararlı insanlar deyil. Elələri var ki, heç öz evlərində bir uşağa düz-əməlli tərbiyə vermirlər, amma uşaq bağçalarında işə, müdirliyə götürülürlər. Bu haqda fikirlərimi, etirazımı parlamentdə də bildirim. Belə faktlara hər yerdə rast gəlmək olar, onlarladır. Bunlar yolverilməzdir.

Odur ki, uşaq bağçaları ilə bağlı məsələyə ciddi diqqət yetirilməli, bu sahədə ciddi problemlər öz həllini tapmalıdır”.

Millət vəkili bununla yanaşı, parlamentdə məmurlarla bağlı səsləndirdiyi fikirlərin mətbuatda bir o qədər düzgün əksini tapmadığını bildirib:

“Mən tənqidi fikirlərimi səsləndirərkən heç də indiki, yeni təyinat almış şəxsləri nəzərdə tutmurdum. Çünki məmur soyqırımı məsələsi çoxdan var və illərdir davam edir. Xüsusilə də, yerli icra hakimiyyətlərində, bu, kütləvi hal almaqdadır.

Təzə gələn icra başçısı dərhal başlayır köhnənin vaxtında və ya ondan qabaq işləyən kadrları, məmurları haqlı-haqsız işdən çıxarmağa. Kimlərdən xoşları gəlmir, bir bəhanə ilə içdən çıxarırlar. Məhkəmələrə də müraciət etməyin mənası və faydası yoxdur.

Ona görə məmur soyqırımına da son verilməlidir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com