47173767-a826-4b28-a220-df83437a53ad..jpg

Deputat Xankəndidə ofisini açacaq? – FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

Deputat Xankəndidə ofisini açacaq? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xankəndidə deputat ofisi xankəndlilər oraya qayıdanda fəaliyyətə başlayacaq”.

Bununla bağlı Cixisyolu.com-ın müvafiq sorğusuna cavab olaraq, Xankəndinin deputatı
Tural Gəncəliyevməlumat verib.

O qeyd edib ki, Böyük Qayıdış planı çərçivəsində Xankəndiyə də köç həyata
keçiriləcək:

“Xankəndinin millət vəkili kimi deyə bilərəm ki, bütün keçmiş məcburi
köçkünlər, evindən, torpağından qovulmuş azərbaycanlılar kimi biz də öz doğma
şəhərimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Böyük Qayıdış dövlət
proqramı mövcuddur və bu proqram çərçivəsində hər bir azərbaycanlı doğma
torpaqlarına qayıdacaq. Biz proqramın həyata keçirilməsini diqqətlə izləməli,
bununla bağlı öz planlarımızı qurmalı, addımlarımızı atmalıyıq.

İşğaldan azad olunan ərazilərimizin yenidən qurulması, bərpası infrastruktur
sisteminin yaradılması prosesi sürətlə gedir. Bu, Şərqi Zəngəzur və Qarabağ
iqtisadi zonasını əhatə edən bütün ərazilərə aiddir. Mən də Xankəndinin millət
vəkili kimi şəhər sakinləri ilə birlikdə Böyük Qayıdış çərçivəsində evimə
dönəcəyəm. Fəaliyyətimizi orada davam etdirəcəyik”.

Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan ordusu
tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri
separatçılardan təmizlənib və şəhərdə Azərbaycan bayrağı dalğalandırılıb. Artıq
bundan sonra bir sıra tədbirlərin, o cümlədən Zəfər Günü ilə əlaqədar hərbi
paradın Xankəndidə keçirilməsi baş tutub.

Aysel Aslan

Source link