Deputat: Yaqlandla Tuskun təbriki bəzilərinə ən kəsərli cavab oldu

Deputat: Yaqlandla Tuskun təbriki bəzilərinə ən kəsərli cavab oldu

Baxış sayı: 2. 599 dəfə baxılıb.

11 aprel seçkiləri çox şəffaf, ədalətli və demokratik şəraitdə keçirildi.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor, prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyevin seçki təbliğat-təşviqat qrupunun üzvü olmuş Jalə Əliyeva deyib.

“İlk öncə onu deyim ki, dövlət başçısı cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi hər birimizin, müdrik və qədir-qiymət bilən Azərbaycan xalıqının ürəyindən idi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP), ardınca isə bir sıra nüfuzlu təşkilatların İlham Əliyevin namizədliyini irəli sürməsi hər birimizin ürəyindən xəbər verən addımıydı.

Çünki bu haqqı son 15 illik prezidentliyi dövründə cənab İlham Əliyev özü qazanmışdı. Məhz onun müdrik, uzaqgörən siyasi-iqtisadi siyasət kursu, eləcə də, daim arxalandığı, söykəndiyi Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanımız bir çox bəlalardan, kataklizmlərdən, dünyanı başına götürən və daha da amansız xarakter alan qlobal hərbi, siyasi, iqtisadi təhlükələrdən, böhranlardan zərərsiz, ziyansız, qansız-qadasız qurtulmuşdu.

Özünüz də görürsünüz ki, dünyamızda, bölgəmizdə, Yaxın və Orta Şərqdə hansı dəhşətli, qanlı, insan övladının qanını donduran hadisələr yaşanır.

Elə son günlərin hadisələrini, adından savayı artıq heç nəyi qalmayan Suriyanın, Suriya məsələsi ətrafında yaşanan qanlı ssenariləri göz önünə gətirək…Nələrin baş verəcəyinin artıq kimsə hesablaya, proqnoz verə bilmir…İnsanlığın və dəhşətin acı mənzərəsi ortadadır.

Bununla belə, 2008-ci ildən bəri sözə baxmayan və ya güclənmək, böyümək istəyində, iddiasında olan dövlətləri, ölkələri kökündən sarsıtmaq üçün dünyanın “söz sahibləri”, supergüclər tərəfindən yaşadılan qlobal maliyyə-iqtisadi böhran hələ də tüğyan edir.

Bütün bunların fonunda isə Azərbaycanımız günü-gündən inkişaf edir, güclənir, möhkəmlənir, qüdrətlənir. Bu gün nüfuzlu reytinq mərkəzlərinin, beynəlxalq maliyyə institutlarının rəsmi açıqlamalarına, hesabatlarına görə, Azərbaycan dünyanın ən güclü iqtisadiyyata malik 50 ölkəsindən biridir və səhv etmirəmsə, 35-ci yerdə qərarlaşmaqdadır. Eyni zamanda, MDB ölkələri arasında birincilik bizə məxsusdur. Azərbaycan bu gün dünyanın siyasi, iqtisadi, humatinar dialoq məkanı, milli-dini tolerantlıq mərkəzidir.

Azərbaycan bu gün elə bir nüfuzlu tədbir yoxdur və ya qalmayıb ki, ona uğurla və layiqincə ev sahibliyi etməsin. Azərbaycan bu gün dünyanın söz, nüfuz sahibidir. Azərbaycanın sözü, nüfuzu ilə hesablaşılır. Bunlar da təbii ki, cənab İlham Əliyevin siyasi iradəsi, qabiliyyəti, istedadı, müdrikliyi sayəsində baş verib.

Odur ki, onun növbəti dəfə namizdəliyinin irəli sürülməsi və daha 7 il müddətinə mandat alaraq, ölkyə rəhbərlik etməsi hər birimizə, Azərbaycanımıza hava-su kimi lazım, vacib idi”,- deyən, J. Əliyevanın sözlərinə görə, prezident seçkiləri ilə bağlı məlum təbliğat-təşviqat kampaniyası zamanı seçicilərlə, Azərbaycan vətəndaşları ilə çoxsaylı izdihamlı görüşlərdə də bu həqiqət, bu gerçəklik bir daha öz təsdiqini tapıb:

“Azərbaycan seçiciləri, sıravi insanlar hamısı bir nəfər kimi İlham Əliyevi dəstəkləyəcəklərini, ondan başqa seçim olmadığını deyirdilər. Onlarda böyük əhval-ruhiyyə, ruh yüksəkliyi, sabahımıza sonsuz inam vardı.

Seçiçilər, insanlar hamısı bu görüşlərə öz istəkləri, öz qəlblərinin hökmləri ilə gəlirdilər və prezidenti dəskətləmələrindən də məmnunluq ifafə edirdilər. Odur ki, bu prosesin məntiqi davamı kimi, hər bir seçici ayın 11-də seçki məntəqələrinə gedərək, seçkilərdə öz mövqeyini azad, sərbəst şəkildə ifadə etdi, növbəti dəfə İlham Əliyevə səs verməklə, ona sonsuz etimad və etibarını nümayiş etdirdi”.

J. Əliyevanın dediyinə görə, seçicilər İ. Əliyevə səs verməklə, Azərbaycanın daha da qüdrətlənməsinə, daha da güclənməsinə, eləcə də ölkəmizin dünya birliyində daha da layiqli yer tutmasına, vətəndaşlarımızın firəvan yaşamasına səs vermiş oldular:

“Bir sözlə, bu, Azərbaycanın qələbəsidir, bu, Azərbaycan demokratiyasının zəfəri və təntənəsidir. Bu seçkilərdən sonra bizi yeni-yeni və daha böyük zəfərlər, qələbələr gözləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacaq, uğurlara imza atacaq, imzalar içinə imzasını daha da inamla vuracaq. Kimsənin əsla və əsla buna şübhəsi olmasın və ola da bilməz”.

J. Əliyeva eyni zamanda, seçkilərdən sonra bəzi beynəlxalq qurumların, onların müşahiə missiyalarının yaydıqları hesabatlara münasibət bildirib və həmin hesabatları olduqca qərəzli, ədalətsiz adlandırıb.

“İstər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), istər ATƏT Parlament Assambleyasınnın (PA), istərsə də AŞPA-nın müşahidə missiyalarının hesabatı gercəklikdən və həqiqətdən çox-çox uzqadır.

Onların hesabatlarında əksini tapan məqamlar Azərbaycana qarşı növbəti qərəzin, növbəti ikili standartın əyani göstəricisidir. Bu təşkilatlar, xüsusilə də ATƏT DTİHB geopolitik siyasətdə daim alət rolunu oynayır.

Bunlar məqsədyönlü şəkildə məlum beynəlxalq dairələrə xidmət göstərir və müəyyən milli dövlətlərə qarşı həqiqətdən uzaq bəyanatlar yayırlar. Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT DTİHB-nin müşahidə missiyasının verdiyi bəyanat isə belə demək mümkünsə, xroniki xəstəliklər kimidir.

Belə xroniki xəstəliklə və xəstəliklərlə rastlaşmağımız da birinci dəfə deyil. Çünki əvvəlki seçkilərdə də biz təşkilatın və adlarını çəkdiyim digər təşkilatların bu tipli bəyanatlarının şahidi olmuşuq.

Heç şübhəsiz ki, onların, xüsusən də, ATƏT DTİHB-nin müşahidə missiyasının mövqeyi sifarişlidir, yuxarıda da dediyim ki, ikili standartların göstəricisidir və müəyyən məqsədlər daşıyır. Lakin bu cür bəyanatlar seçkilərdə xalqın Prezident seçdiyi cənab İlham Əliyevin siyasətinə təsir göstərə bilməz.

Belə bəyanatlar həmin təşkilatların özləri üçündür, cəmiyyətimiz üçün heç bir önəm kəsb etmir. Əsas xalqın iradəsidir ki, Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi. Onu da sözlərimə əlavə etmək istərdim ki, həmin təşkilatlara daha layiqli cavabı elə özlərinin rəhbərləri vermiş oldu.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın ölkə prezidenti cəbab İlham Əliyevə təbrik məktubu ünvanlamaları onlara ən güclü zərbə və ən sarsıdıcı, ən tutarlı sillə oldu.

Odur ki, artıq məkrli, riyakar cəhdlərindən əl çəksinlər. Heç nə alınmır və alınmayacaq, neçə ki, indiyə qədər də alınmayıb. Faydasız, səmərəsiz, məhvə məhkum cəhdlərdir…”, – deyə, J. Əliyeva əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com