267cd262-384c-4e0c-97a5-31f3cb3b5bff..jpg

Deputatdan Fələstinə ÇAĞIRIŞ: “Biz terrorçu ilə sadə xalqı ayıra bilirik” – FOTO

Baxış sayı: 692 dəfə baxılıb.

Deputatdan Fələstinə ÇAĞIRIŞ: “Biz terrorçu ilə sadə xalqı ayıra bilirik” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan müxtəlif zamanlarda Fələstin xalqına yardımlar edib. Hazırda
İsrail-Fələstin münaqişəsi hərbi toqquşmalarla davam edir. İslam həmrəyliyinə
hər zaman sadiq qalan ölkəmiz Fələstin xalqının dövlətçilik mübarizəsini
dəstəkləyir.

Azərbaycanın yardımları və sonuncu hadisələrdə mövqeyinə rəğmən, Fələstin
Ermənistanla əlaqələrini genişləndirir, erməni terrorçuları öz ərazisində
himayə edir və bununla bağlı məlumatlar kifayət qədərdir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin
üzvüAydın Mirzəzadə Cixisyolu.com-a açıqlamasında bildirib ki, Azərbaycan Fələstin
xalqına hər zaman bir müsəlman, Şərq xalqı kimi kömək edir:

“Müstəqil dövləti uğrunda mübarizə aparan xalqa maddi yardım edir və bunu daim
davam etdirəcək. Amma biz terrorçu ilə sadə xalqı ayıra bilirik. Heç bir zaman
terrorçu, erməni millətinə dəstək verənlərlə bir yerdə ola bilmərik. Çünki biz
xalq olaraq terrordan əziyyət çəkmişik”.

“Hesab edirik ki, Fələstin xalqının içində erməni milləti ilə dostluq edənlər
olduğu kimi, Azərbaycanın haqq işini müdafiə edənlər, əlaqələrimizi yüksək
qiymətləndirənlər də çoxdur”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, HƏMAS-la İsrail arasındakı genişmiqyaslı hərbi toqquşmalar
oktyabrın 7-də başlayıb.

İlhamə Əbülfət

Source link