Deputatdan Lütfi Zadə ilə bağlı ziyalılara etiraz

Deputatdan Lütfi Zadə ilə bağlı ziyalılara etiraz

Baxış sayı: 2. 063 dəfə baxılıb.

Dünən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin dünyasını dəyişən günü idi. Bu gün bir dəstə qərənfillə onun məzarını ziyarət etdim, ona rəhmət dilədim.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə “Facebook” statusunda yazıb.

Millət vəkili qeyd edib ki, qəbiqüstü abidə çox xoşuna gəlib:

“Həm çox oxşadılmışdı, həm də xarakterini aça bilmişdi”.

Bununla yanaşı, millət vəkili bir məqama da kəskin etirazını ifadə edib.

“Ancaq bir məsələ məni kədərləndirdi. Lütfi Zadənin qəbri üstündə mənə qədər cəmi bir dəstə gül var idi.

Hanı alimlərin, ziyalılarımızın, sadəcə, lütfisevərlərin ona olan ehtiramının nümunəsi?”, – deyə o yazıb.

Deputatdan Lütfi Zadə ilə bağlı ziyalılara etiraz

Deputatdan Lütfi Zadə ilə bağlı ziyalılara etiraz

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com