Milli Məclisin deputatlarının maaşı yenidən gündəm olub. Bu dəfə mövzu
onlardan çox vergi tutulması ilə bağlıdır. 7 455 manat əməkhaqqı alan MM
üzvlərinə vergi, sığorta və s. tutulduqdan sonra 5 100 manat qalır. Onların
aylığının təxminən 2 355 manatı dövlətin büdcəsinə gedir.
Deputat maaşlarından tutulmaların çox olmasının səbəbi nədir?
Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, maaşı çox olan hər kəs
yüksək vergi ödəyicisi olur.
O, bu məbləğin konkret nə qədər olduğunu bilmədiyini qeyd edib:
“Nəinki deputat, nazir və digər yüksək maaş alan hər kəsdən vergi çox tutulur.
Təxmini nə qədər olduğunu deyə bilmərəm, açığı, heç maraqlanmamışam da.
Məsələn, 600 manat alan birinin hesabına 539 manat köçürsə, 6 min maaşı olan da
o məbləğə uyğun bir vəsait ödəyir. Səhv etmirəmsə, vergi 18 faiz olmalıdır.
Düşünmürəm ki, 7 min manatdan 2 mini tutulsun”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, qanunvericiliyə
əsasən, Azərbaycanda əməkhaqqından aşağıdakı icbari ödənişlər tutulur:
“Fiziki şəxslərin gəlirindən müəyyən olunmuş qayda və dərəcədə tutulan gəlir
vergisi;
Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma – sığortalamaya görə
sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və
müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş;
İşsizlikdən sığorta haqqı üzrə tutulma – nəzərdə tutulmuş hallarda
sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş
təminat forması;
İcbari tibbi sığorta haqqı üzrə tutulma – Xidmətlər Zərfinə daxil olan tibbi
xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və
təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması”.
Sabiq nazir bildirib ki, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən
vergi aşağıdakı cədvələ uyğun olaraq tutulur:
“Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi
ödəyicilərində:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2 500 manatadək 14 faiz
2 500 manatdan çox olduqda 350 manat + 2 500 manatdan çox olan məbləğin 25
faizi
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən
vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8 000 manatadək 0 faiz
8 000 manatdan çox olduqda 8 000 manatdan çox olan məbləğin
14 faizi
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə)
nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti
hesabına ödənilir.
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi
ödəyicilərində:
* sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi
fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22
faizi;
* sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və
məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən
vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)
Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına
ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10
faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi
İşsizlikdən sığorta haqqı üzrə tutulma:
İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə
müəyyən edilir:
* sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin
ödənişi fondunun 0,5 faizi;
* sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının
0,5 faizi.
İcbari tibbi sığorta haqqı üzrə tutulma:
İcbari tibbi sığorta haqqı üzrə tutulma aşağıdakı şəkildə aparılır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi
qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərin gəlirlərindən
* sığortalı tərəfindən
– işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz,
– 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz,
* sığortaolunan tərəfindən
– əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz,
– 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz”.