Millət vəkillərinin, Ombudsmanın, Konstitusiya Məhkəməsi üzvlərinin və hakimlərin əməkhaqları 10 faiz artırılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bununla bağlı parlamentin bugünkü plenar iclasında dörd qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və artıq qanun layihələri iclasın gündəliyinə daxil edilib.
Qeyd edək ki, dəyişiklik nəzərdə tutulan qanunlar bunlardır: “Deputatın statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Omdudsman haqqında”.
Onu da qeyd edək ki, qanun layihələri parlamentə ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olub.
Qeyd edək ki, Ombudsmanın maaşı 2025 manatdan 2230 manata, spikerin maaşı 2250-dən 2475-ə, Konstitusiya Məhkəməsinin sədrinin maaşı 2120 manatdan 2335 manata qədər artırılıb.
Deputatların maaşı 1575 manatdır, bu artımdan sonra maaşlara 157 manat əlavə olunacaq.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com