73643966-7e0e-4315-80a2-1777de57f486..jpg

Derbidən maraqlı görüntü: “Neftçi”linin jestlərindən qıcıqlanan Elvin Cəfərquliyev ona hücum edib – VİDEO

Baxış sayı: 512 dəfə baxılıb.

Derbidən maraqlı görüntü: “Neftçi”linin jestlərindən qıcıqlanan Elvin
Cəfərquliyev ona hücum edib – VİDEO

Azərbaycan Premyer Liqasının IX turunda keçirilmiş “Neftçi” – “Qarabağ”
matçında baş verən maraqlı hadisənin görüntüsü yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda “ağ-qaralar”ın futbolçusu Yuri Matiasla
“atlılar”ın oyunçusu Elvin Cəfərquliyev arasında yaşanan insident əks olunub.

Epizodların birində Y.Matias topla oynayan rəqib vinger Abdullah Zubirə əl
hərəkətləri edərək onun üzərinə gəlməsini istəyib. Braziliyalı müdafiəçinin bu
jestləri Elvin Cəfərquliyevin xoşuna gəlməyib. O, Matiasın üzərinə yeriyib və
futbolçunu yerə yıxıb.

Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov qayda pozuntusunu qeydə alaraq oyunu
saxlayıb. Lakin onun Cəfərquliyevə rəsmi xəbərdarlıq etməməsi diqqət çəkib.

Xatırladaq ki, Azərbaycan derbisi “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb –
0:2.


Source link