d536c642-ef2b-4d1b-8199-6b8068a4e733..jpg

Devid Bekhemin gəlini toy makiyajına böyük məbləğ xərcləyib

Baxış sayı: 1. 017 dəfə baxılıb.

Devid Bekhemin gəlini toy makiyajına böyük məbləğ xərcləyib

Bruklin Bekhem və Nikola Peltsin toyu tədbirin təşkilatçıları ilə Pelts ailəsi
arasında məhkəmə prosesinə səbəb olub.

Mərasim 2022-ci ilin aprelində gəlinin atasının Floridadakı malikanəsində baş
tutub.

Məclisin təşkilatçısı olan “Plan Design Events”in qurucuları Nikola Bragin və
Arianna Qrizhalbanın Mayamidə açdığı iddiaya görə, toy xaotik şəraitdə
hazırlanıb və şirkətə minlərlə funt-sterlinqə çata biləcək zərər vurub. Onlar
ziyana görə 41 min funt sterlinq tələb ediblər.

Məlumata görə, agentlik toyun təşkili üzrə sifarişi altı həftə əvvəl alıb.
Gəlinin atası Nelson Pelts toyun ləğv edilməsini tələb edib, lakin onun həyat
yoldaşı Klaudiya qızlarının karyerasına zərbə vuracağı üçün buna qarşı çıxıb.

Həmçinin hazırlıq prosesində gəlinin ailəsi bir sıra məsələləri bəy tərəfindən
gizli saxlayıb. Belə ki, Nikola Pelts makiyajı üçün 100 min dollar xərcləyib və
atasına bu barədə məlumat verilməməsini xahiş edib, çünki bu, kişini
əsəbiləşdirə bilərdi. Həmçinin gəlin və onun anası Viktoriya Bekhemin bəzi
məsələlərdən xəbər tutmamamasını istəyiblər.

Nikola Bragin və Arianna Qrizhalbanın iddiası Nikola Peltsin atası, milyarder
Nelson Peltsin onlara qarşı məhkəməyə verdiyi ərizəyə cavab olaraq verilib. O,
toydan həftələr əvvəl buraxılmış səhvlərə görə ödədiyi 132 000 funt-sterlinq
avansın geri qaytarılmasını tələb edib.

Mənbə: gazeta.ru

Source link