a72a1c42-c19e-419e-b595-88a9da0ad2fa..jpg

Devid Merkel: “ABŞ itkin düşmüş şəxslərlə bağlı Azərbaycanla təcrübə mübadiləsi apara bilər”

Baxış sayı: 484 dəfə baxılıb.

Devid Merkel: “ABŞ itkin düşmüş şəxslərlə bağlı Azərbaycanla təcrübə
mübadiləsi apara bilər”

“ABŞ itkin düşmüş şəxslərlə bağlı öz təcrübəsini Azərbaycanla bölüşə bilər”.

Bunu “Report”a açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya
məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel deyib.

Onun sözlərinə görə, itkin düşmüş insanların problemi çox vacib məsələdir:

“Ailələr sevdiklərinin başına gələnləri bilməlidirlər. Bu şəxslərin kimliyini
müəyyənləşdirmək həm ölkənin, həm də beynəlxalq ictimaiyyətin üzərinə düşən
vəzifədir”.

O, ABŞ-nin bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb:

“Bizim Havayda – Honolulu şəhərində güclü mərkəzimiz var, ABŞ İkinci Dünya
müharibəsindən bəri itkin düşmüş hərbi qulluqçuların kimliyini müəyyən etməyi
öhdəsinə götürüb. Bu məsələdə öz təcrübəmizi bölüşə bilərik”.

“Bundan əlavə, bu gün bəzi konfrans iştirakçılarının qeyd etdiyi kimi, ictimai
maarifləndirmə problemi var. Bu, təkcə Azərbaycana deyil, keçmiş Yuqoslaviya,
Küveyt, Moldovaya da aid olan bir məsələdir. Bu, BMT-nin 2019-cu ildə
qaldırdığı mühüm məsələdir və ümid edirik ki, kimsə bu həftə Baş Assambleyada
da bu məsələyə toxunacaq”, – o vurğulayıb.

Source link