f25226c2-4bac-48bc-9201-8a1d908e98cf..jpg

DGK asayişi pozan vətəndaş barədə açıqlama yaydı – VİDEO

Baxış sayı: 401 dəfə baxılıb.

DGK asayişi pozan vətəndaş barədə açıqlama yaydı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 29-da Əbu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan
Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya
vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar
yayımlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında
bildirilib.

Məlumatda deyilir ki, ölkəyə sərnişin qismində gələn O.Bayramlı Heydər Əliyev
Beynəlxalq Aeroportunun T2 Terminalındakı gömrük nəzarəti zonasından keçərkən
ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib.

Monitorda əks olunan görüntülərə əsasən, O.Bayramlı əl yüklərinə baxış
keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl
yüklərindəki malları ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib.
Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni
göstərişlərinə əməl etməyən O.Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin
aparılmasına şərait yaratmayıb, nəticədə gömrük nəzarəti zonasında mübahisə
yaradaraq nalayiq ifadələrdən istifadə edib.

Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaş
gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu
hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə
videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük
əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə
ictimailəşdirib.

Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və vətəndaş barədə
akt tərtib olunaraq Daxili İşlər Nazirliyini Hava Nəqliyyatında Polis İdarəsinə
təhvil verilib.


Source link