DGK-nın Tibbi Xidmət İdarəsində TƏYİNAT – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət
İdarəsinə yeni rəis təyin olunub.
Cixisyolu.com xəbər verir ki, bu vəzifəyə Surxay Məmmədov təyinat alıb.
Komitənin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Surxay
Məmmədovu kollektivə təqdim edib.
Qeyd edək ki, S.Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin
Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə
Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Mərkəzində həkim mütəxəssis kimi,
həmin mərkəzdə 2005-2012-ci illərdə xüsusi təhlükəli bakterial infeksiyalar
bölməsinin rəisi kimi, 2012-2013-cü illərdə Tibbi Profilaktika şöbəsinin zabiti
kimi, 2013-2016-cı illərdə baş zabit kimi, 2016-cı ildə isə rəis müavini kimi
fəaliyyət göstərib. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru adını qazanıb.
Surxay Məmmədov 2016-2019-cu illərdə Azərbaycan Tibbi Universitetinin Hərbi
Tibb fakültəsinin Tibbi Profilaktika kafedrasının baş müəllimi kimi,
2019-2021-ci illərdə Azərbaycan Ordusunun baş sanitar həkimi, 2022-ci ildə
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müharibə iştirakçıları ilə
koordinasiya departamentinin Qərb bölgəsi ilə iş şöbəsinin müdiri, 2022-2023-cü
illərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş
direktor müavini vəzifəsində çalışıb.