2584ebc7-db71-4b96-80c5-cb228163a016..jpg

DGK-ya məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısı dəyişib

Baxış sayı: 558 dəfə baxılıb.

DGK-ya məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısı dəyişib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti 6 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş
“Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Dövlət Gömrük
Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda
dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra idxal olunan qida və yem məhsullarına, habelə qida
məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq
aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı
barədə Komitəyə məlumat göndərilməlidir.

Bundan başqa, quruma qida zənciri obyektinin qeydiyyata alınmasına və ya
təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və
məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata
alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış haqqında məlumat
veriləcək.

Source link