257e4ca1-3c15-45ea-a1fc-1b1cb1affd8e..jpg

Diabetli uşaqlara qrip peyvəndi vurula bilər? – AÇIQLAMA

Baxış sayı: 661 dəfə baxılıb.

Diabetli uşaqlara qrip peyvəndi vurula bilər? – AÇIQLAMA

“Diabetdən əziyyət çəkən uşaqlara qrip əleyhinə peyvənd vurula bilər. Normal
uşaqlara qrip ilə müalicə prosesində verilən dərmanlar onlara da tətbiq edilə
bilər”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin “Instagram” hesabında canlı
yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, məktəb dövründə qrip halları artıb:

“Tez-tez məktəblilərin qrip epidemiyası ilə bağlı müraciətləri daxil olur.
Sentyabr-oktyabr aylarından qrip əleyhinə peyvəndlərin vurulması tövsiyə
edilir. Bu, mövsümdə uşaqların qripə yoluxmasının qarşısını ala bilərlər. Bu il
vurulan qrip peyvəndi bu il yayılan virusa qarşı effektivdir. Növbəti il yeni
qrip peyvəndi vurulmalıdır. Çünki bu xəstəliklə mübarizə üçün ən optimal yol
peyvənddir”.

Həkim qeyd edib ki, həssas, tez-tez qripə yoluxan uşaqlara bu peyvənd başqa
vaxtlarda da vurula bilərlər.

Könül Cəfərli

Source link