“Diaspora TV” fəaliyyətini bərpa edir
“Diaspora TV” fəaliyyətini bərpa edəcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə Münhen şəhərində keçirilən Dünya
Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumunda qərar qəbul olunub.
TV Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun media resursu kimi
fəaliyyətə başlayacaq.
Bildirilib ki, bu televiziya diaspor təşkilatları arasında informasiya
vakumunun yaranmasının qarşısını almaq, iş birliklərinin, dialoqların
yaranmasına kömək etmək, xarici ölkələrdə dövlətimizin imicini qaldırmaq üçün
müxtəlif layihələr həyata keçirmək, xaricə getmək istəyənlər üçün
maarifləndirici verilişlər hazırlamaq, diaspor fəalları ilə müsahibələr, xüsusi
proqramlar hazırlamaq, bacarıqlı adamları diaspor işinə cəlb etmək və s.
sahələr istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, yaxın günlərdə TV ilə yanaşı onun diaspora.tv adlı saytı da
fəaliyyətə başlayacaq.
Xatırladaq ki, “Diaspora TV” bir neçə il əvvələ kimi Ukraynada fəaliyyət
göstərib. Onun yaradıcısı Ukrayna Ali Radası sədrinin müşaviri, Hüquq elmləri
doktoru Hikmət Cavadov olub.