Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu

Baxış sayı: 2. 354 dəfə baxılıb.

Millət vəkili Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

ÇıxışYolu.Com xəbər verir ki, prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Xatırladaq ki, bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov idi.

S.T.
www.ÇıxışYolu.Com